Background pattern
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

Yay təcrübə proqramı (MALİYYƏ DEPARTAMENTİ)

banner-ads

Ümumi məlumat

METRO təcrübəsini YAYırıq. - Real iş mühitində peşəkar bilik və bacarıqlarını inkişaf etdirmək, korporativ iş proseslərini yaxından öyrənmək və gələcəkdə Bakı Metropolitenində karyera qurmaq istəyən gəncləri Maliyyə Departamentində Yay Təcrübə Proqramına dəvət edirik.


Proqram sizə nə qazandıracaq?

  • 2 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim;
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi;
  • Ekspertlərlə “networking” və praktiki biliklər;
  • Rəsmi əmək müqaviləsi bağlanması və minimum əmək haqqının ödənilməsi;
  • Təcrübənin sonunda işə qəbul imkanlarının qiymətləndirilməsi.


Metropoliten sizə nə vəd edir?

  • Metropolitendən ödənişsiz istifadə
  • Nahar (güzəştli)
  • Peşəkar mentor dəstəyi
  • Karyera inkişafı imkanları


Seçim prosesi necə aparılır?

  • Məntiq və İngilis dili üzrə test imtahanı
  • Müsahibə mərhələsi
  • Yekun qiymətləndirmə


QEYD: CV-də və ya müraciət zamanı universitetə qəbul balını (500 və yuxarı olduğu halda), həmçinin GPA göstəricisini (80/100 və ya ekvivalenti) mütləq qeyd etməyiniz xahiş olunur. Bu məlumatları təqdim etməyən namizədlərin müraciətlərinə baxılmaya bilər.

Öhdəliklər

  • Büdcə və maliyyə göstəricilərinin təhlili proseslərində iştirak etmək;
  • Hesabatların hazırlanmasına və məlumatların sistemləşdirilməsinə dəstək göstərmək;
  • Büdcə, investisiya və iqtisadi təhlil fəaliyyətləri üzrə praktiki biliklər əldə etmək.

Tələblər

  • Müvafiq ixtisas üzrə bakalavr pilləsinin son kursunda və ya magistr pilləsində təhsil alan tələbələr, o cümlədən son 2 il ərzində məzun olmuş şəxslər;
  • Maliyyə, iqtisadiyyat, mühasibat, riyaziyyat, statistika və data analitikası istiqamətləri üzrə təhsil alan və ya məzun olmuş namizədlər;
  • Universitetə qəbul balı 500 və yuxarı olan namizədlər;
  • Minimum GPA: 80/100;
  • Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna və analitik düşüncəyə sahib yüksək motivasiyası olan şəxslər.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

23 İyun 2026

Elan tarixi

28 İyun 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb