Background pattern
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

Qatar maşinistliyi üzrə peşə təcrübəsi proqramı

banner-ads

Ümumi məlumat

“Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə təcrübə proqramı elan edir!

Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri) sahəsində biliklərinizi artırmaq, həmçinin real iş şəraitində təcrübə qazanmaq istəyən bütün namizədləri təcrübə proqramımıza qoşulmağa dəvət edirik!

Karyerana güclü start ver — Təcrübə proqramı sayəsində gələcəkdə 4-cü dərəcəli qatar maşinisti kimi 1370 AZN əmək haqqı almaq imkanına yüksəl.


Proqram sizə nə qazandıracaq?

  • 6 ay müddətində nəzəri və praktiki biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə aylıq əmək haqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı


Seçim prosesi necə aparılır?

  • İxtisas üzrə test imtahanı
  • Ətraflı müsahibə
  • Psixoloji dayanıqlılıq və qərarvermə qabiliyyətini yoxlayan testlər


Metropoliten sizə nə vəd edir?

  • Nahar (güzəştli)
  • Metropolitendən ödənişsiz istifadə

Öhdəliklər

  • Qatarların idarə olunması üzrə nəzəri biliklərin mənimsənilməsi (hərəkət mexanizmləri, elektrik sistemləri və idarəetmə prinsipləri)
  • Qatar maşinistinin gündəlik fəaliyyət qaydaları, təhlükəsizlik protokolları və təlimatları ilə tanışlıq
  • Məlumatların qeydiyyatı, nəzarət cihazlarının istifadəsi və siqnal sistemlərinin işləmə mexanizmini öyrənmək
  • Praktiki təlimlər çərçivəsində simulyasiya və ya real vəziyyətlərdə maşinist köməkçisi kimi müşahidə və iştirak
  • Fövqəladə və qəza hallarında davranış qaydalarını öyrənmək
  • Peşəyə uyğun psixoloji və fiziki hazırlıq vərdişlərinin formalaşdırılması

Tələblər

  • Yaş - 22-35 arası
  • Təhsil - ali texniki, orta texniki və ilk peşə ixtisaslı
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

17 Fevral 2026

Elan tarixi

19 Mart 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb