Background pattern
PASHA Insurance

Mühasibatlıq üzrə təcrübəçi

PASHA Insurance

Bakı

15 Aprel 2026

banner-ads

Ümumi məlumat

PAŞA Sığorta ASC namizədləri Mühasibatlıq üzrə təcrübəçi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.


Mühasibatlıq üzrə təcrübəçi şirkətin maliyyə və mühasibatlıq əməliyyatlarının dəqiq və vaxtında icrasına dəstək verir, ilkin sənədləşmənin aparılması, bank əməliyyatlarının işlənməsi və aidiyyəti sorğuların cavablandırılması kimi proseslərdə iştirak edir, həmçinin komanda daxilində effektiv əməkdaşlıq və hesabatlılıq təmin edir.


Bizim Təklifimiz

  • Peşəkar və dəstəkləyici komandada əməkdaşlıq imkanı
  • Fərdi və peşəkar inkişaf üçün təlim və öyrənmə imkanları
  • Şirkətin uğuruna töhfə vermək və dəyər yaratmaq imkanı
  • Şəffaflıq və açıq ünsiyyət mədəniyyəti
  • “Great Place To Work” sertifikatlı şirkətdə çalışma imkanı.


*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Öhdəliklər

  • Mühasibat proqramına bank çıxarışlarının işlənməsi
  • Mədaxil və məxaric əməliyyatlarının yoxlanılması
  • Ödəniş tapşırıqlarının yüklənməsi
  • Sığorta haqları və ödənişləri üzrə daxil olan sorğuların cavablandırılması
  • Satış Departamenti və digər departamentlərdən daxil olan sorğuların araşdırılması
  • Sənədlərin arxivləşdirilməsi
  • Ödəniş qrupu liderinin və baş mütəxəssisin verdiyi digər aidiyyəti tapşırıqların icrası

Tələblər

  • Analitik və təhliletmə bacarıqları
  • Excel proqramında işləmək bacarığı
  • Detallara diqqət və məsuliyyətlilik
  • Dürüstlük və davamlı inkişaf yönümlü yanaşma
  • Kreativ düşüncə və komanda ilə işləmək bacarığı
  • Dil bilikləri: Azərbaycan dili sərbəst, İngilis və Rus dili bilikləri arzuolunandır


Təhsil və Təcrübə

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali (bakalavr) təhsil
  • Təcrübə: 0-1 il mühasibatlıq və ya maliyyə sahəsində
  • ACCA F3 sertifikatı arzuolunandır

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

15 Aprel 2026

Elan tarixi

15 May 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb