Background pattern
"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

“Metro Engineer” təcrübə proqramı

banner-ads

Ümumi məlumat

“Bakı Metropoliteni” QSC “Metro Engineer” layihəsi çərçivəsində 3 aylıq ödənişli təcrübə proqramı elan edir!

Metro Engineer proqramı real texniki mühitdə mühəndislik biliklərini inkişaf etdirmək, metro sistemlərinin istismar və texniki xidmət proseslərini yaxından öyrənmək və gələcəkdə metropolitendə davamlı mühəndis karyerası qurmaq istəyən gənclər üçün nəzərdə tutulub.


Proqram sizə nə qazandıracaq?

  • 3 ay müddətində nəzəri və praktik biliklərlə zəngin intensiv təlim
  • Peşəkar mühitdə real iş təcrübəsi və mentor dəstəyi
  • Təcrübə dövründə aylıq əməkhaqqı
  • Təcrübənin sonunda davamlı işə qəbul imkanı
  • Nəqliyyat sahəsində uzunmüddətli və sabit karyera inkişafı
  • Metropoliten sizə nə vəd edir?
  • Metropolitendən ödənişsiz istifadə
  • Nahar (güzəştli)
  • Ekspertlərlə “networking” və praktiki biliklər


Karyera imkanları

Metro Engineer proqramı çərçivəsində əldə edilən təcrübələr:

  • Metro sistemlərinin istismarı və texniki xidməti
  • Elektrik, elektromexanika və mexaniki sistemlərin iş prinsipləri
  • Eskalator, tunel qurğuları, yol və rabitə sistemləri ilə tanışlıq
  • Təhlükəsizlik, texniki intizam və mühəndis qərarvermə bacarıqları

Öhdəliklər

  • Metro infrastrukturunun illik və aylıq plan qrafiklərinin və plan qrafikinə əsasən icra olunan işlərin icra statusununun yoxlanılması, strukurların illik satınalma planlarının hazılanmasına nəzarət və yoxlanması;
  • Texniki pasportların və birxətli sxemlərin yenidən işlənilməsi;
  • İş həcmlərinin yoxlanılması, sahələrə mühəndis-texniki nəzarət;
  • Nasazlıqların statistik təhlili, material sərfiyyatı normalarının işlənməsi və yoxlanılması;

Tələblər

Biz kimləri axtarırıq?

  • Cinsindən asılı olmayaraq yaş - 22-35 arası gəncləri
  • Minimum GPA: 80/100;
  • İngilis dili biliyinin olması arzuolunandır;
  • Açıq fikirli, öyrənməyə və işləməyə həvəsli, komanda ruhuna sahib biri olmalıdır.
  • Kişi namizədlər üçün hərbi bilet (yararlılıq kateqoriyası ilə)
  • Microsoft Office


Təhsil tələbi: Ali təhsil müəssisələrinin aşağıdakı və ya əlaqəli mühəndislik ixtisasları üzrə bitirən məzunlar:

  • Elektrik və elekronika mühəndisliyi
  • Elektrotexnika və elektromexanika
  • Mexanika mühəndisliyi
  • İnşaat mühəndisliyi
  • Nəqliyyat mühəndisliyi
  • Avtomatika və idarəetmə
  • Telekommunikasiya / Rabitə mühəndisliyi


Tələb olunan texniki biliklər:

  • Yol və tunel təsərüfatı üzrə:
  • Riyaziyyat və Geodeziya
  • Mexanika və Materiallar müqaviməti
  • Mühəndis qrafikası
  • Elektrik təsərrüfatı üzrə
  • Elektrik maşınları
  • Elektroenergetika,
  • Elektrik təchizatı sistemləri
  • HVAC və nasos təsərrüfatı üzrə
  • Elektrik maşınları
  • İstilik energetikası
  • Hidravlika və pnevmatika.
  • Fizika və Maşın mühəndisliyi
  • İşarəvermə və rabitə təsərrüfatı üzrə
  • Proseslərin avtomatlaşdırılması mühəndisliyi
  • Radiotexnika və telekommunikasiya
  • İnformasiya təhlükəsizliyi, Elektronika.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Məlumat veriləcək

İş rejimi

5 Fevral 2026

Elan tarixi

5 Mart 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb