
Ümumi məlumat
🚀 Engin LTD MMC “Engin Satış Məktəbi” proqramına start verir!
Engin LTD MMC satış və distribusiya sektorunda 25 ildən artıqtəcrübəyə malik, müştəriyönümlü yanaşması və uğurlu satış nəticələri ilə bazarda öz mövqeyini formalaşdırmış şirkətdir. Şirkət peşəkar komanda mühiti, inkişaf imkanları və satış sahəsində tətbiq etdiyi müasir yanaşmalarla gənc istedadların karyera inkişafına xüsusi önəm verir.
“Engin Satış Məktəbi” iştirakçılara FMCG sektorunda real iş mühitini yaxından tanımaq, peşəkar satış komandaları ilə çalışmaq və gələcək karyeraları üçün güclü təməl formalaşdırmaq imkanı yaradır.
🎯 Proqram çərçivəsində iştirakçılar:
• Real satış proseslərində praktiki təcrübə qazanacaqlar
• Təcrübəli mentor və rəhbərlərlə çalışacaqlar
• Müasir satış və müştəri idarəetmə yanaşmalarını öyrənəcəklər
• FMCG sektorunun dinamik iş mühitində iştirak edəcəklər
• Təlim və field coaching proqramlarına qoşulacaqlar
• Analitik və kommunikasiya bacarıqlarını inkişaf etdirəcəklər
• Güclü korporativ şəbəkənin bir hissəsinə çevriləcəklə
🏆 Proqramı uğurla tamamlayan iştirakçılar Engin LTD MMC-də karyera imkanları əldə edəcəklər.
Öhdəliklər
Proqram haqqında:
• Ödənişli təcrübə proqramı (maaşlı)
• Müddət: 3 ay
• İştirakçı sayı: 20 nəfər
• İş qrafiki: Həftə içi 5 gün | 08:00–17:00
• Son müraciət tarixi: 31.05.2026
Tələblər
• Ali təhsil (Marketinq, Biznesin idarə edilməsi, Kommersiya və əlaqəli ixtisaslar üstünlükdür)
• Yaş həddi: 22–26 yaş
• Bəy namizədlər üçün hərbi xidmətin tamamlanması mütləqdir
• Sürücülük vəsiqəsi üstünlükdür
• Rus və ingilis dili bilikləri üstünlükdür
• Satış və müştəri münasibətləri sahəsinə yüksək maraq
• Analitik düşünmə və operativ qərarvermə bacarığı
• Ünsiyyət və təqdimat bacarıqları
• Komandada işləmək bacarığı
• Aktiv, məsuliyyətli və nəticəyönümlü yanaşma
• İnkişafa və öyrənməyə açıq olmaq
© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb