Background pattern
Birmarket

Data Science üzrə Təcrübəçi

Birmarket

Bakı

6 May 2026

banner-ads

Ümumi məlumat

Birmarket-də AI & Data Science sahəsi üzrə təcrübəçi olaraq biz e-ticarət ekosistemində süni intellekt və məlumat elmi həlləri ilə məşğul olan, güclü analitik düşüncəyə malik və data-ya əsaslanan qərarlar qəbul etməyi bacaran motivasiyalı təcrübəçilər axtarışındayıq.

Siz təcrübə müddəti ərzində search, recommendation və digər AI əsaslı layihələrdə birbaşa iştirak edəcək, müasir maşın öyrənməsi və süni intellekt alətlərindən istifadə edərək real e-ticarət problemlərinin həllində iştirak edəcəksiniz. Bu, milyonlarla istifadəçinin alış-veriş təcrübəsinə birbaşa təsir edən məhsullar üzərində işləmək imkanıdır.


Təklif olunanlar

  • Real AI layihələrində işləyərək öyrənmək imkanı;
  • Güclü və böyük kross-funksional AI komandanın bir hissəsi olaraq yeniliklərə imza atmaq;
  • Süni intellekt və məlumat elmi sahəsində təcrübəli mentorlarla işləmək imkanı;
  • Müasir AI texnologiyaları və deep learning alətləri ilə praktiki təcrübə qazanmaq;
  • Peşəkar inkişaf və karyera qurmaq üçün güclü əsas yaratmaq;
  • Multikultural mühit: biz xarici həmkarlarımızın fikirlərini və təcrübələrini qiymətləndiririk. Biz açıqlığa, inklüzivliyə və müxtəlif baxış bucağının mövcudluğuna dəyər veririk;
  • Rahat və gözəl ofis: xoş və maraqlı ofisimiz var;
  • Qeyri-rəsmi geyim: rahat geyinin və fərdi üslubunuzu ifadə edin;
  • Namizədlər üçün sosial media bağlantılar.

Öhdəliklər

  • Ən son texnologiyalardan istifadə edərək praktiki süni intellekt layihələrinə töhfə vermək
  • Rəqəmsal maliyyənin gələcəyini formalaşdıran dinamik və irəliyə dönük komandalar ilə əməkdaşlıq etmək

Tələblər

  • Data sahəsinə marağı olan bakalavr son kurs tələbələri, magistr tələbələri, universiteti yeni bitirən məzunlar;
  • Tam iş günü təcrübədə iştirak edə biləcək namizədlər;
  • Motivasiyası yüksək, yeniliklərə açıq və məqsədlərini reallaşdırmaq istəyən gənclər.

Məlumat veriləcək

Maaş

Təcrübə Proqramları

Kateqoriya

Tam-ştat

İş rejimi

6 May 2026

Elan tarixi

20 İyun 2026

Bitmə tarixi

banner-ads

Tecrube.az Logo
Tecrube.az təcrübə proqramlarını, pulsuz kursları, könüllülük proqramlarını, təlimləri və təqaüd proqramlarını sizinlə paylaşır.

© 2026, Tecrube.az komandası tərəfindən hazırlanıb